...

Əcnəbilərin gözü ilə: "Avropa Oyunları xarici qonaqlara yeni imkanlar yaradacaq"

Baku 2015 : EUROGAMES Materials 27 Aprel 2015 15:45 (UTC +04:00)
Bu ilin iyununda Bakıda keçiriləcək 1-ci Avropa Oyunları əcnəbi qonaqlarla paytaxt sakinləri arasında gözəl münasibətlərin yaranmasına xidmət edəcək.
Əcnəbilərin gözü ilə: "Avropa Oyunları xarici qonaqlara yeni imkanlar yaradacaq"

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Elmira Tariverdiyeva/

Bu ilin iyununda Bakıda keçiriləcək 1-ci Avropa Oyunları əcnəbi qonaqlarla paytaxt sakinləri arasında gözəl münasibətlərin yaranmasına xidmət edəcək. Bu barədə Trend-ə ADA Universitetinin Monteneqrodan olan tələbəsi Militsa Starçeviç bildirib.

Onun sözlərinə görə, dünya bilir ki, Azərbaycan öz çiçəklənməsinə görə neft bumuna, xüsusilə də boru kəmərlərinin inşasına borcludur: "Bundan başqa, Azərbaycan haqqında bir çox faktlar var ki, bütün dünya bunları bilməlidir".

Tələbə qız deyib ki, gözəl adət-ənənələri olan, heyranedici təbiətə və zəngin tarixə malik Azərbaycanda qonaqpərvər insanlar yaşayır.

M.Starçeviçin fikrincə, Avropa Oyunları sayəsində xarici qonaqlar Azərbaycanın gözəlliyini görmək, xalqımızla yaxından tanış olmaq imkanı qazanacaqlar. O, bunun yalnız cəmiyyətin multikulturalizm və tolerantlığının nümayişi deyil, həm də unikal ünsiyyətin yaranması baxımından əhəmiyyətli olduğunu deyib: "Azərbaycan dünyanın ən görməli yerləri sırasında öz yerini tutacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti