...

Marina Durunda: Avropa Oyunları Azərbaycan idmanının inkişafına kömək edəcək (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 May 2015 18:51 (UTC +04:00)
Bakıda ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanda idmanın inkişafına kömək edəcək.
Marina Durunda: Avropa Oyunları Azərbaycan idmanının inkişafına kömək edəcək (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Yelena Kosolapova/

Bakıda ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycanda idmanın inkişafına kömək edəcək. Bunu Trend-ə bədii gimnastika üzrə Avropa çempionatının bürünc mükafatçısı Marina Durunda deyib. Təmsilçimiz bunu Minskdə Avropa çempionatında üçüncü yeri tutduqdan sonra Bakıya gəlişində bildirib.

Gimnastın sözlərinə görə, Avropa Oyunları sayəsində Azərbaycanda idman daha da inkişaf edəcək: "Hazırda Azərbaycan idmanı olduqca yüksək səviyyədədir. Xüsusilə, Azərbaycanda bədii gimnastika son illər çox inkişaf edib. Fəxr edirəm ki, Oyunlar məhz Bakıda keçiriləcək və bu bizim üçün böyük məsuliyyətdir".

M.Durunda qeyd edib ki, Avropa Oyunları azərbaycanlı gimnastlar üçün vacib start olacaq: "Oyunlara intensiv hazırlaşacağıq. Çıxışımızı getdikcə yaxşılaşdırmaq üçün məşq edəcək və çalışacağıq".

Bununla belə, o, Avropa Oyunlarında hansı nəticələr qazanacağı barədə proqnoz verməyin çətin olduğunu bildirdi: "Oyunlara çox güclü idmançılar gələcək və buna görə də rəqabət böyük olacaq. Subyektiv idman növü olan gimnastikada nəticə həmişə gimnastların özündən asılı olmur".

M.Durunda ümid etdiyini bildirib ki, Avropa Oyunları müxtəlif ölkələrdən xeyli sayda insanı cəlb edəcək və Azərbaycanda turizmin inkişafına müsbət təsir edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti