...

Ekspert: Avropa Oyunları Azərbaycana daha çox turist cəlb edəcək

Baku 2015 : EUROGAMES Materials 5 May 2015 23:41 (UTC +04:00)
Azərbaycan Avropa ilə bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməsi çox vacibdir.
Ekspert: Avropa Oyunları Azərbaycana daha çox turist cəlb edəcək

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycanın Avropa ilə bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməsi çox vacibdir. Bunu Trend-ə Finlandiyanın keçmiş Prezidenti Tarya Halonenin köməkçisi Ayra Kalela deyib.

O, qeyd edib: "Biz Avropa Oyunlarının başlamasını səbirsizliklə gözləyirik. Fikrimcə, Azərbaycan Oyunları yüksək səviyyədə keçirəcək və bunun üçün bütün zəruri şəraiti təmin edəcək".

A.Kalelanın sözlərinə görə, Azərbaycan ən gözəl ölkələrdən biridir və belə irimiqyaslı tədbirlərin keçirilməsi ölkəyə xeyli sayda turist cəlb edəcək: "Bu, maliyyə baxımından da mənfəət qazandıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti