...

"Avropa və İslam oyunları Azərbaycanın digər ölkələrlə əlaqələrini inkişaf etdirməsi üçün yaxşı imkandır"

Baku 2015 : EUROGAMES Materials 5 May 2015 21:46 (UTC +04:00)
Bakıda keçiriləcək I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunları Azərbaycan üçün digər ölkələrlə əlaqələri inkişaf etdirmək baxımından çox böyük imkandır.
"Avropa və İslam oyunları Azərbaycanın digər ölkələrlə əlaqələrini inkişaf etdirməsi üçün yaxşı imkandır"

Azərbaycan, Bakı, 5 may /Trend, müxbirlər Ənvər Məmmədov, Azad Həsənli/

Bakıda keçiriləcək I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunları Azərbaycan üçün digər ölkələrlə əlaqələri inkişaf etdirmək baxımından çox böyük imkandır. Bunu Trend-ə İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl-Əbudi deyib.

Onun sözlərinə görə, insanlar Azərbaycan haqqında eşidiblər, lakin onlar bura gəlməsələr, ölkəni lazımi şəkildə tanıya bilməyəcəklər: "Şəxsən mənim üçün Azərbaycan dünyanın ən gözəl ölkələrindən biridir".

Korporasiya rəhbərinin fikrincə, belə tədbirin keçirilməsi əlavə investisiya axınına da səbəb olacaq: "Azərbaycana səfər edəcək turistlər digərlərinə ölkə barədə danışacaqlar ki, bu da gələcəkdə yeni investorları cəlb edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti