...

Azərbaycan 3x3 basketbol üzrə dünyanın ən yaxşıları ilə üz-üzə

Baku 2015 : EUROGAMES Materials 5 May 2015 18:53 (UTC +04:00)
Beynəlxalq Basketbol Federasiyası Bakı-2015 Avropa Oyunlarında kişi və qadınların 3x3 basketbol üzrə yarışlarının püşkatmasının nəticələrini açıqladı.
Azərbaycan 3x3 basketbol üzrə dünyanın ən yaxşıları ilə üz-üzə

Azərbaycan, Bakı, 5 may /Trend/

Beynəlxalq Basketbol Federasiyası Bakı-2015 Avropa Oyunlarında kişi və qadınların 3x3 basketbol üzrə yarışlarının püşkatmasının nəticələrini açıqladı.

Trend-in məlumatına görə, Azərbaycan hər iki yarışda təmsil olunacaq və qadınlardan ibarət komandamız A qrupunda Hollandiya (hazırda dünyanın ən yaxşı komandası), İsveçrə və Yunanıstan, kişilərdən ibarət komandamız isə D qrupunda Andorra, Çexiya və İsveçrəyə qarşı mübarizə aparacaq.

Qadınların yarışında Çexiya, Belçika, Türkiyə və Ukrayna B qrupunda; İspaniya, Sloveniya, İrlandiya və Slovakiya C qrupunda, Rumıniya, Rusiya, İsrail və Litva isə D qrupunda mübarizəyə qoşulacaqlar.

Kişilərin yarışında isə A qrupu üzrə Sloveniya, Rumıniya, Litva və İsrail, B qrupu üzrə Rusiya, İspaniya, Türkiyə və Belçika, C qrupu üzrə isə Estoniya, Serbiya, İtaliya və Yunanıstan komandaları yarışacaqlar.

Dairəvi sistem üzrə keçirilən yarışlardan sonra bütün komandalar birbaşa seçmə mərhələsinə irəliləyəcək və bu mərhələdə qrup üzrə yekun nəticələrinə əsasən seçiləcəklər.

Bakı-2015-in idman şöbəsinin direktoru Pirs O'Kallaqan deyib: "Bakı-2015-in proqramına daxil edilmiş yeni və innovativ idman növlərindən biri olan 3x3 basketbola olduqca böyük maraq göstəriləcək. İlk Avropa Oyunlarının çempionunu müəyyənləşdirəcək yarışların gərgin mübarizə şəraitində keçəcəyinə şübhə yoxdur. Mötəbər Oyunları gerçəkləşdirmək üçün hər şey hazırdır və bu yay Bakıda ən yaxşı komandaların mübarizə aparacağını bilmək bizi sevindirir".

3x3 basketbol üzrə turnirlər iyunun 23-dən etibarən 4 gün ərzində Bakıda, 2000 tamaşaçı tutumuna malik, müvəqqəti yaradılmış Basketbol Arenasında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti