...

Deputat: "Azərbaycana heç kim mane ola bilməyəcək"

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 11:33 (UTC +04:00)
Məqsəd odur ki, Azərbaycan zəifləsin, müstəqil siyasəti olmasın. Bu kampaniyaların arxasında erməni lobbisi dayanır, onların əsas məqsədi Azərbaycan torpaqlarının işğaldan azad olunmamasıdır. Beynəlxalq müstəvidə bizi antidemokratik, insan haqları ilə bağlı problemli bir ölkə kimi göstərməyə çalışırlar.
Deputat: "Azərbaycana heç kim mane ola bilməyəcək"

Azərbaycan, Bakı, 7 may /Trend/

"Məqsəd odur ki, Azərbaycan zəifləsin, müstəqil siyasəti olmasın. Bu kampaniyaların arxasında erməni lobbisi dayanır, onların əsas məqsədi Azərbaycan torpaqlarının işğaldan azad olunmamasıdır. Beynəlxalq müstəvidə bizi antidemokratik, insan haqları ilə bağlı problemli bir ölkə kimi göstərməyə çalışırlar". Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fuad Muradov jurnalistlərə son vaxtlar xarici qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası barədə fikirlərini bölüşərkən deyib.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan özünü dünyaya tamamilə qüdrətli, müstəqil və güclü bir dövlət kimi göstərib. "Bu baxımdan ölkəmizin müstəqil siyasəti təbii ki, bir çox qüvvələrin xoşuna gəlmir və onlar çalışırlar ki, hər hansı bir imkan olan kimi heç bir məntiqə sığmayan məsələlərdə Azərbaycanı ittiham etsinlər".

F.Muradov əminliklə bildirib ki, düşmənlər və onların havadarları qarayaxma ilə Azərbaycanı zəiflətməyə nail ola bilməyəcəklər:

"Azərbaycanın müstəqil siyasəti, ölkəmizin regionda olan nüfuzu, həyata keçirdiyi regional layihələrə nəzər saldıqda görürük ki, dövlətimiz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Ona görə də bu qərəzli mövqe bizim heç bir işimizə təsir etməyəcək. Avropa Oyunları, ümumiyyətlə, bütün regional layihələrimizi gerçəkləşdirəcəyik. Buna heç kim mane ola bilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti