...

Elmar Məmmədyarov: Avropa Oyunları idman tarixində yeni səhifə açacaq

Baku 2015 : EUROGAMES Materials 23 May 2015 10:51 (UTC +04:00)
Avropa Olimpiya Komitəsi uzun illər Avropa qitə, multi-idman oyunları keçirməyi arzu edib. Asiya və digər regional Oyunların olmasına baxmayaraq, Avropa Oyunları keçirilməyib və bu, bir qədər ədalətsiz idi.
Elmar Məmmədyarov: Avropa Oyunları idman tarixində yeni səhifə açacaq

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Cəmilə Əliyeva/

Avropa Olimpiya Komitəsi uzun illər Avropa qitə, multi-idman oyunları keçirməyi arzu edib. Asiya və digər regional Oyunların olmasına baxmayaraq, Avropa Oyunları keçirilməyib və bu, bir qədər ədalətsiz idi. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business year" jurnalına müsahibəsində deyib.

Nazir əmin olduğunu bildirib ki, Bakıda keçiriləcək Avropa Oyunları qitə idmanı tarixində yeni səhifə açacaq və əməkdaşlıq üçün yeni perspektivlər və imkanlar yaradacaq.

Onun sözlərinə əsasən, idman mədəniyyətlərin və regionların yaxınlaşmasında, sülh və tolerantlığın möhkəmləndirilməsinə unikal rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti