...

Bakı 2015: Azərbaycanın qədim tarixinin şahidi – Qobustan (FOTO)

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 08:00 (UTC +04:00)
Qobustan tarixi-etnoqrafik və bədii qoruğu Bakının yaxınlığında, Böyük Qafqaz sıra dağlarının cənub-şərqi ətəyində yerləşən qaya massividir.
Bakı 2015: Azərbaycanın qədim tarixinin şahidi – Qobustan (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müəllif Elçin Hüseynov, foto Rufiz Hafizoğlu/

Qobustan tarixi-etnoqrafik və bədii qoruğu Bakının yaxınlığında, Böyük Qafqaz sıra dağlarının cənub-şərqi ətəyində yerləşən qaya massividir.

Burada çoxsaylı qayaüstü rəsmlər, qayaaltı yurdlar, qədim insan yerləri, kurqan məzarlıqları aşkar edilib. Qobustan qayalarında təqribən 6000 rəsm var. Rəsmlərə (ov səhnələri, dini rəqslər, torpaq bölgüsü, heyvan, qayıq və müxtəlif rəmzi işarələr) ən çox mağara və qaya parçalarında rast gəlinir. Burada 15 min illik tarix - üst paleolitin sonundan orta əsrlərə kimi - öz əksini tapıb. Qobustan qayaları həmçinin Roma legionerlərinin izlərini də özündə saxlayır.

Burada ilk arxeoloji qazıntılar XX əsrin 30-cu illərində başlayıb. 1965-ci ildən etibarən Qobustan abidələrini xüsusi elmi ekspedisiya öyrənir. 1966-cı ildən Qobustan qoruq elan edilib.

Tanınmış Norveç tədqiqatçısı və səyyahı Tur Heyerdal dəfələrlə Azərbaycana səfər etmiş və Qobustan qayaüstü rəsmləri ilə bağlı araşdırmalarının sensasiyalı nəticələri ilə hamını şoka salmışdı. Qoruğu "səma altında muzey" adlandıran səyyah qayalar üzərində çəkilən gəmilərin vikinqlərin gəmiləri ilə oxşarlığını tapmış və belə bir nəticəyə gəlmişdi ki, vikinqlər məhz buradan qərbə hərəkət ediblər.

2007-ci ildən Qobustan YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib.

Trend-in məlumatına görə, ilk Avropa Oyunları üçün Bakıya gələcək qonaqlar paytaxtdan təqribən 60 kilometr uzaqlıqda yerləşən Qobustan qoruğuna baş çəkə və buradakı abidələrlə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti