...

Nəqliyyat Nazirliyindən yeni kampaniya: "Məsuliyyətli piyada qaydanı pozmur"

Baku 2015 : EUROGAMES Materials 25 May 2015 19:48 (UTC +04:00)
İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı hərəkətin tənzimlənməsi, keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nəqliyyat Nazirliyi sosial reklam xarakterli kampaniyaya start verib.
Nəqliyyat Nazirliyindən yeni kampaniya: "Məsuliyyətli piyada qaydanı pozmur"

Azərbaycan, Bakı, 25 may /Trend/

İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı hərəkətin tənzimlənməsi, keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nəqliyyat Nazirliyi sosial reklam xarakterli kampaniyaya start verib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, "Məsuliyyətli piyada qaydanı pozmur" devizli xüsusi yazılar paytaxtın küçə və prospektlərində 60-dan artıq yerdə asfalt üzərinə həkk edilir.

Bakıda yol təhlükəsizliyini təbliğ etmək məqsədi daşıyan bu kampaniya sürücülərə və piyadalara mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, xüsusi olaraq piyadalara yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğunu təbliğ edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti