...

İraq səfiri: “I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaradacaq”

Baku 2015 : EUROGAMES Materials 27 May 2015 11:33 (UTC +04:00)
I Avropa Oyunları Azərbaycanın parlaq tarixində həmişəlik qalacaq böyük və bu əhəmiyyətli hadisədir.
İraq səfiri: “I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaradacaq”

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Cəmilə Əliyeva/

I Avropa Oyunları Azərbaycanın parlaq tarixində həmişəlik qalacaq böyük və bu əhəmiyyətli hadisədir. Trend-in məlumatına əsasən, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına müsbət təsir göstərəcək, ölkəni daha çox tanıdacaq və turistlərin cəlb olunmasına imkan yaradacaq: "Əminəm ki, Azərbaycan I Avropa Oyunlarını uğurla həyata keçirəcək. Qonaqlar yaxşı qarşılanacaq, çünki ölkə qonaqpərvərliyi ilə məşhurdur. Bundan başqa, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Bakıda keçiriləcək I Avropa Oyunlarının uğuruna şübhə etmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti