...

Uruqvayda Bakı-2015 Avropa Oyunlarının təqdimatı keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 27 May 2015 19:27 (UTC +04:00)
Azərbaycanın Uruqvay Şərq Respublikasındakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 May - Respublika Günü münasibətilə qəbul və Bakı-2015 birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Uruqvayda Bakı-2015 Avropa Oyunlarının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın Uruqvay Şərq Respublikasındakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 May - Respublika Günü münasibətilə qəbul və Bakı-2015 birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Tabare Aquerre, xarici işlər nazirinin müavini Xose Luis Kansela, hakim Geniş Cəbhə Partiyasının sədri senator Monika Xavier, Uruqvay Gömrüyünün rəhbəri Enrike Kanon, habelə Uruqvay parlamentinin Senat və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, digər dövlət qurumlarının, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, mədəniyyət, idman sektorlarının, həmçinin KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Azərbaycanın Argentinadakı, eyni zamanda, Uruqvaydakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb.

Bakı-2015 birinci Avropa Oyunlarından da bəhs edən Azərbaycan diplomatı bu Oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkəmizdə görülmüş tədbirlər, eləcə də növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə toxunub. Səfirin çıxışının ardınca Bakı-2015 Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə qonaqlara Bakı-2015 Avropa Oyunları ilə bağlı təbliğat materialları təqdim olunub. Tədbir Uruqvayın və dünyanın ispandilli mətbuat vasitələrinin diqqət mərkəzində olub və tədbirlə bağlı məlumatlar "Teledoce" televiziya kanalı, "Uypress", "Efe", "Agencia ABC", "Diario Las Americas", "Hola Ciudad" və digər KİV-lərdə dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti