...

I Avropa Oyunlarında Xorvatiya komandasına Olimpiya mükafatçıları liderlik edəcək

Baku 2015 : EUROGAMES Materials 28 May 2015 17:41 (UTC +04:00)
Olimpiya mükafatçıları Sneyana Peyçiç və Lusia Zaninoviç Bakı 2015-də Xorvatiya komandasına liderlik edəcəklər.
I Avropa Oyunlarında Xorvatiya komandasına Olimpiya mükafatçıları liderlik edəcək

Azərbaycan, Bakı, 28 may /Trend/

Olimpiya mükafatçıları Sneyana Peyçiç və Lusia Zaninoviç Bakı 2015-də Xorvatiya komandasına liderlik edəcəklər. S.Peyçiç və L.Zaninoviç Xorvatiyanın ən təcrübəli idmançıları hesab olunurlar. London 2012-nin bürünc mükafatçıları Bakı 2015 Avropa Oyunları üçün Xorvatiyanın Milli Olimpiya Komitəsi (MOK) tərəfindən açıqlanan 113 idmançı arasında ən çox titula sahib olanlardır.

Oyunlar zamanı Xorvatiyanın bayrağını daşıyacaq olan S.Peyçiç 10 metrdən hava tüfəngi ilə atəş yarışında London 2012-nin bürünc medalı uğrunda mübarizədə qalib gəlib. O, həmçinin 50 metrdən tüfəng ilə atəş (3 vəziyyətdə) yarışında 2014-cü ildə dünya çempionatının gümüş medalını qazanıb.

Trend Baku 2015-ə istinadən xəbər verir ki, S.Peyçiç Azərbaycana gələcək Xorvatiya atıcılıq komandasının əsas idmançılarından biridir. Anton və Yosip Glasnoviçlər də London 2012-nin iştirakçıları olublar. Anton səngər stendi üzrə 2013-cü ildə keçirilmiş dünya çempionatının gümüş medalı mükafatını qazanıb, Yosip isə eyni növdə 2013-cü ilin Avropa çempionudur. Bundan başqa Petar Gorşa Pekin 2008 və London 2012 Olimpiya Oyunlarında iştirak edib. Boyan Durkoviç isə London 2012 yarışlarında mübarizə aparıb.

L.Zaninoviç 49 kq çəki dərəcəsində London 2012 taekvondo yarışlarında bürünc medal mükafatçısı olub. Bununla yanaşı o, üç qat Avropa çempionudur. Onun əkiz bacısı Ana Zaninoviç isə sabiq dünya və Avropa çempionudur. Həmçinin o, London 2012-də da mübarizə aparıb. Gənc taekvondo döyüşçüsü Filip Grgiç 2007-ci il üzrə dünya çempionudur, Marina Sumiç isə 2011-ci ildə keçirilmiş dünya çempionatının gümüş mükafatçısıdır.

Bakı 2015-ə yollanan üçüncü uğurlu əkizlər dəstəsinə Yunan-Roma güləşçiləri olan, 2014-cü ildə gümüş medal mükafatı qazanmış Neven Jugay və 2010-cu ilin bürünc medalçısı Nenad Jugay daxildirlər.

2015-ci ildə Avropa gimnastikada turnik hərəkətləri üzrə çempionatın qalibi Mariyo Mojnik, 2012-ci ildə stolüstü tennis üzrə kişilər arasında ikiqat Avropa çempionu olan Andrey Gaçina və sabiq Avropa Cüdo medal mükafatçısı Tomislav Mariyanoviç və Mariyana Mişkoviç kimi uğurlu keçmişə sahib bir çox digər Xorvatiyalı idmançılar da Bakı 2015 Avropa Oyunlarında iştirak edəcəklər.

Bakı 2015 üzrə Xorvatiyalı idmançıların siyahısı aşağıdadır:

Kamandan oxatma: Matija Mihaliç

Badminton: Zvonimir Durkinjak, Katarina Galeniç, Zvonimir Holbling, Staşa Poznanoviç, Dorotea Sutara

Boks: Marko Çaliç, Matteo Komadina, Marin Mindoljeviç, Luka Plantiç, Damir Plantiç, Daria Popoviç, Stipan Prtenjača, Mate Rudan

Avarçəkmə: Brigita Bakiç, Antun Novakoviç

Dağ velosipedi yarışı: Andrea Kirşiç, Filip Turk

Şosse velosipedi yarışı: Kristijan Durasek, Robert Kişerlovski, Matiya Kvasina, Mia Radotiç

Suya tullanma: Maja Boriç, Hrvoye Brezovaç, Yuraj Melsa, Lorena Tomiek

Qılıncoynatma: Marcela Dayçiç, Boyan Yovanoviç

İdman gimnastikası: Karmen Koljanin, Dina Madir, Marijo Mojnik, Ana Poşçiç

Cüdo: Andreja Dakoviç, Zlatko Kumriç, Ivana Maraniç, Tomislav Marijanoviç, Barbara Matiç, Mariyana Mişkoviç

Karate: Monika Berulec, Danil Domdjoni, Vlatka Kiuk, Jelena Kovaçeviç, Ana Lenard, Maşa Martinoviç

Atıcılıq: Maşa Beriç, Boyan Durkoviç, Anton Glasnoviç, Josip Glasnoviç, Petar Gorşa, Mariya Maroviç, Snejana Peyçiç, Tanja Perec, Vlatka Pervan, Jeljko Posaveç, Saşa Şpirelya, Ivika Ştritof

Üzgüçülük: Bruno Blaşkoviç, Borna Yukiç, Kristian Komleniç, Igor Kostovski, Ante Luçev, Kristina Milentiç, Nikola Miljeniç, Nikola Obrovaç, Matea Sumaystoçiç

Stolüstü tennis: Andrej Gaçina, Tomislav Kolarek, Lea Rakovac, Tan Rui Wu, Tian Yuan

Taekvondo: Vedran Goleç, Filip Grgiç, Stipe Jarloni, Iva Radoş, Marina Şumiç, Ana Zaninoviç, Lusia Zaninoviç

Triatlon: Matiya Kriveç, Matiya Lukina, Sonya Şkevin

Voleybol: Yelena Alaybeg, Bernarda Çutuk, Samanta Fabris, Ana Grbaç, Nikolina Yeliç, Marina Katiç, Karla Klariç, Sanja Popoviç, Marija Prşa, Ana Starçević, Tamara Suşiç, Mira Topiç, Marija Uşiç, Senna Uşiç Jogunica.

Su polosu: Matias Bilyaka, Petar Bratim, Ferdinand Josip Buşeliç, Zvonimir Butiç, Marin Daşiç, Toni Yarak, Karlo Krekoviç, Ivan Krolo, Franko Laziç, Lovro Papariç, Duje Peykoviç, Mateo Saftiç, Stipe Şitum

Güləş: Dominik Etlinger, Daniyel Janeçiç, Ivan Lizatoviç, Bojo Starçeviç, Neven Jugay, Nenad Jugay

Məqalədə:
Xəbər lenti

Xəbər lenti