...

Rabitə Nazirliyi Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq

Baku 2015 : EUROGAMES Materials 29 May 2015 17:04 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq.
Rabitə Nazirliyi Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, nazirlik yanında qərargah iyunun 2-dən Oyunların başa çatmasınadək sutkalıq rejimdə işləyəcək, göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinə nəzarət edəcək.

Ə.Abbasov qeyd edib ki, operativ həll olunmasını tələb edən müəyyən problemlər yarada biləcək əsas məqamlar mövcuddur.

Nazir nümunə qismində ölkənin efir məkanına mümkün müdaxilədən qorunmanı, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsini, radiotezliklərin müdafiəsini, mobil rabitə və məlumatların ötürülməsi xidmətinin keyfiyyəti məsələlərini sadalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti