...

Avropa Oyunlarının məşəli Qobustanda (FOTO)

Baku 2015 : EUROGAMES Materials 30 May 2015 12:47 (UTC +04:00)
Müqəddəs Atəşgah məbədində alovlandırılan Bakı-2015 birinci Avropa Oyunlarının məşəli bu gün Qobustana gətirilib.
Avropa Oyunlarının məşəli Qobustanda (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Müqəddəs Atəşgah məbədində alovlandırılan Bakı-2015 birinci Avropa Oyunlarının məşəli bu gün Qobustana gətirilib.

Trend-in məlumatına görə, qobustanlılar Avropa Oyunlarının məşəlini böyük sevinclə qarşılayıblar. Şəhərin Heydər Əliyev prospektində mədəniyyət evinin qarşısında qurulan və ətrafında minlərlə insanın toplaşdığı rəmzi qapıda birinci Avropa Oyunlarının məşəlini məşqçi-müəllim Fərid Əzizov qəbul edib.

Sonra 10 nəfər məşəlçi sürəkli alqışlarla yürüşə başlayıb. Onlar yol boyu növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2,5 kilometr məsafə qət etməklə şəhərin bayraq meydanında qurulan səhnəyə gəliblər. Karatenin tiroksin-kaymay növü üzrə üçqat respublika çempionu İbad Rzazadə səhnəyə qalxaraq burada qurulan məşəli alovlandırıb. Əlaçı şagird, Heydər Əliyev inşa yazı müsabiqəsinin respublika turunun qalibi Gülər Cavadovanın qəbul etdiyi ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Qobustan şəhərinə təhvil verilib.

Sonra aprelin 26-da Atəşgah məbədində ilk Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Sonda musiqiçilərin ifasında konsert proqramı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti