...

Ümumdünya Turizm Təşkilatı: Avropa Oyunları Azərbaycanın turizm sektorunun inkişafı üçün əla imkandır

Baku 2015 : EUROGAMES Materials 30 May 2015 17:41 (UTC +04:00)
“Birinci Avropa Oyunları Azərbaycanın turizm sektorunun inkişaf etdirilməsi üçün əla imkandır”. Bu barədə Trend-ə BMT ÜTT-nin Turizm və sülh üzrə baş katibinin müavini Əbdül Qafar deyib.
Ümumdünya Turizm Təşkilatı: Avropa Oyunları Azərbaycanın turizm sektorunun inkişafı üçün əla imkandır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları Azərbaycanın turizm sektorunun inkişaf etdirilməsi üçün əla imkandır". Bu barədə Trend-ə BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müavini Əbdül Qafar deyib.

Onun sözlərinə görə, turizmdə belə bir qayda var ki, bir turist gələcəkdə ölkəyə bir neçə turistin gəlməsinə zəmin yaradır: "Təbii ki, Avropa Oyunları zamanı Azərbaycana çoxlu sayda turistlər gələcək. Onlar ölkənin gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini, mədəniyyətini, tarixini görəcək və bu barədə öz ölkələrində danışacaqlar. Əminəm ki, bu, Azərbaycanın turizm sənayesinin inkişafına əhəmiyyəti dərəcədə təsir edəcək".

Ə.Qafar əlavə edib ki, eyni zamanda, dünya mediasının diqqəti Azərbaycanda olacaq: "Bütün dünya mediası Azərbaycan haqqında yazacaq və Azərbaycan dünyada geniş təbliğ olunacaq. Əlbəttə, bunu görən insanlar Azərbaycanla maraqlanacaq, ölkəyə gəlmək istəyəcəklər. Əminliklə deyə bilərəm ki, Azərbaycan turizmini böyük inkişaf gözləyir".

Baş katibin müavini ölkədə yaradılmış infrastrukturu da yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanda müasir və dünya standartlarına cavab verən infrastruktur yaradılıb: "Təbii ki, bu da ölkəyə gələn qonaqların diqqətini cəlb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti