...

Ukraynanın kurort zonasında I Avropa Oyunları ilə bağlı bayram aksiyası keçirildi (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 15:14 (UTC +04:00)
Ukraynanın kurort zonası olan Trustkaves şəhərində ilk Avropa Oyunları ilə bağlı bayram aksiyası keçirilib.
Ukraynanın kurort zonasında I Avropa Oyunları ilə bağlı bayram aksiyası keçirildi (FOTO)

Ukrayna, Trustkaves, 4 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Ukraynanın kurort zonası olan Truskavets şəhərində ilk Avropa Oyunları ilə bağlı bayram aksiyası keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə keçirilən bayram aksiyasında Truskavetsin mərkəzi meydanında ilk Avropa Oyunlarına aid əyani vəsaitlər paylanılıb. Şəhər meriyası ilə bağlanan müqavilə əsasında meydandakı elektron tabloda ilk Avropa Oyunlarının loqosu yayımlanıb.

Aksiya zamanı Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov və Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, "Düşüncə" İctimai Birliyinin sədri Emil Hüseynli şəhər sakinlərinə və qonaqlarına ilk Avropa Oyunları haqqında məlumat veriblər.

Aksiyanın sonunda ilk Avropa Oyunlarının bukletləri ilə bəzədilmiş şarlar göyə buraxılıb.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Kiyevin tanınmış "Super Barabanşiçı" (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər. Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara ilk Avropa Oyunları barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti