...

Əfqanıstan səfiri: Heç bir ölkə Avropa Oyunlarını Azərbaycandan yaxşı təşkil edə bilməzdi

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 23:50 (UTC +04:00)
“Bu gün Azərbaycan nəinki region, həmçinin bütün İslam ölkələri üçün nümunədir”.
Əfqanıstan səfiri: Heç bir ölkə Avropa Oyunlarını Azərbaycandan yaxşı təşkil edə bilməzdi

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

"Bu gün Azərbaycan nəinki region, həmçinin bütün İslam ölkələri üçün nümunədir".

Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili deyib.

O bildirib ki, Azərbaycanın I Avropa Oyunlarını keçirməsi ölkənin nikbin və aparıcı rolundan xəbər verir: "Bundan başqa, 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunları keçirəcək və əminəm ki, bu tədbir də yüksək səviyyədə təşkil olunacaq".

Diplomat qeyd edib ki, I Avropa Oyunlarının açılış mərasimi bütün gözləntiləri üstələyib: "Başqa bir ölkənin daha yaxşı açılış mərasimi təşkil edə biləcəyini düşünmürəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti