...

İlk Avropa Oyunlarının bağlanış günü Bakıda havanın maksimal temperaturu 36 dərəcə olacaq

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 12:46 (UTC +04:00)
İlk Avropa Oyunlarının bağlanış günü - iyunun 28-də Bakıda havanın maksimal temperaturu 36 dərəcə olacaq.
İlk Avropa Oyunlarının bağlanış günü Bakıda havanın maksimal temperaturu 36 dərəcə olacaq

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İlk Avropa Oyunlarının bağlanış günü - iyunun 28-də Bakıda havanın maksimal temperaturu 36 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyunun 28-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 28-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti