...

Aygün Kazımova evini satışa çıxarıb

Mədəniyyət Materials 24 Oktyabr 2011 17:00 (UTC +04:00)
Azərbaycanın xalq artisti, hazırda yaradıcılıq işləri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olan Aygün Kazımova şok etiraf etdi.
Aygün Kazımova evini satışa çıxarıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, hazırda yaradıcılıq işləri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olan Aygün Kazımova şok etiraf etdi.Trend-in məlumatına görə, ATV-də teleaparıcı Nanə Ağamalıyevanın təqdimatında yayımlanan "Gün keçir" verilişinə telefonla qoşulan estrada ulduzu, evlərindən birini satışa çıxardığını çəkinmədən söylədi.

"Bu vaxta qədər həyata keçirdiyim əksər layihələri sponsor şirkətlər maliyyələşdirsə də, indi elə böyük işlər görməyi qarşıma məqsəd qoymuşam ki, pul həddindən artıq lazımdır. Bu səbəbdən evlərimdən birini satışa çıxarmışam", - Aygün Kazımova belə dedi.

Maraqlı odur ki, müğənni evini satışa çıxardığını söyləsə də, neçəyə satmaq istədiyini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti