Azərbaycan, Bakı, 30 may /Trend/
Ötən həftələrdə bu il heç kimlə duet ifa etməyəcəyini açıqlayan Sinan Akçıl Aygün Kazımovaya görə qərarını dəyişib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti yazır.
Məşhur sənətçi "İkinci sən" mahnısını Azərbaycanın tanınmış müğənnisi Kazımova ilə birlikdə oxuyub. İkilikdə Balkanlar və Yaxın Şərqə yay turnesi üçün də hazırlıqlar başlayıb.