...

Bakıda görkəmli rəssam Tahir Salahovun Ev muzeyi yaradılıb (FOTO)

Mədəniyyət Materials 28 Noyabr 2012 18:00 (UTC +04:00)
Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda görkəmli rəssam Tahir Salahovun Ev muzeyi ilə tanışlıq olub.
Bakıda görkəmli rəssam Tahir Salahovun Ev muzeyi yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir C.Babayeva/

Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda görkəmli rəssam Tahir Salahovun Ev muzeyi ilə tanışlıq olub.

"Sabah Tahir Salahov ad gününü qeyd edəcək və biz müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsini ürəkdən təbrik edirik. Tahir Salahov milli incəsənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli iz qoyub. Görkəmli rəssam Ev muzeyinə 735 eksponat hədiyyə edib. Onlar arasında özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv var", - Trend-in məlumatına görə, Ev muzeyinin direktoru Səadət Mirzəyeva deyib.

Ev muzeyinin rəsmi açılışı daha sonra baş tutacaq.

"Dünyanın məşhur muzey və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri çoxəsrlik ənənələri olan Azərbaycan incəsənətinin şöhrətini ucaldıb", - "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev deyib.

"Tahir Salahov ölkəmizə öz eksponatlarını hədiyyə etdiyinə görə xoşbəxtəm. Bu, böyük hadisədir. Ev muzeyinin yaradılmasına görə hamıya öz təşəkkürümü bildirirəm", - Miniatür Kitablar Muzeyinin yaradıcısı və rəhbəri, əməkdar mədəniyyət işçisi, görkəmli rəssamın bacısı Zərifə Salahova bildriib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın 13-də Bakıda Tahir Salahovun Ev muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti