...

Bakı səhnəsində "Toska" operası nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 25 Dekabr 2012 13:42 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin "Toska" operası səhnələşdirilib.
Bakı səhnəsində "Toska" operası nümayiş olunub (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin "Toska" operası səhnələşdirilib.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, opera beynəlmiləl tərkibdə ulduz ifaçıların - Ukraynanın Əməkdar Artisti, vokalçıların P.Çaykovski adına müsabiqəsinin laureatı Yekaterina Straşenko (Toska), Belarusun Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov (Skarpia) və vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin laureatı Yusif Eyvazovun (Kavaradossi) ifasında səhnələşdirilib.

Eyni zamanda, Azərbaycanın Xalq artisti, dövlət mükafatları laureatı, professor Rauf Abdullayevin rəhbərliyi ilə teatrın simfonik orkestri C.Puççininin zəngin musiqisini böyük ustalıqla təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti