...

Kuba rəssamları Bakıda əl işlərindən ibarət sərgi keçirmək istəyirlər

Mədəniyyət Materials 24 Yanvar 2013 18:10 (UTC +04:00)
Aazərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Kubanın ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Medina Kintero arasında görüş keçirilib.
Kuba rəssamları Bakıda əl işlərindən ibarət sərgi keçirmək istəyirlər

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Aazərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Kubanın ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Medina Kintero arasında görüş keçirilib.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qarayev ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu vurğulayıb, Azərbaycan-Kuba hökumətlərarası komissiyasının həmsədri kimi əməkdaşlığın iqtisadi, mədəni, turizm, səhiyyə və digər sahələrdə canlandırılmasının zəruriliyini qeyd edib.

Daha sonra hər iki dövlət başçısının himayəsi ilə iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişaf dövrünü keçdiyi vurğulanıb. Bu məqsədlə Qarayev qarşılıqlı səfərlərin təşkili və komissiyanın növbəti iclaslarının keçirilməsini təklif edib.

Səfir, öz növbəsində, ölkəmiz ilə bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib. Daha sonra cari ilin payızında Bakıda Kuba rəssamlarının əl işlərindən ibarət sərginin təşkili istiqamətində nazirliyin dəstəyini xahiş edib.

Söhbət əsnasında iki ölkənin turizm potensialının təşviqi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti