...

Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq Muğam Mərkəzi ilə yeni layihəyə başlayıb

Mədəniyyət Materials 25 Yanvar 2013 17:01 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) tələbələri üçün yeni musiqi layihəsinə başlayıb. Beynəlxalq Muğam Mərkəzi ilə birgə keçirilən aylıq mühazirələrdə Azərbaycanın musiqi mədəniyyəti, onun beynəlxalq aləmdə təmsil edilməsi, mədəni diplomatiya üçün əhəmiyyəti və bəşəri irsə verdiyi töhfələrlə bağlı məsələlər işıqlandırılacaq.
Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq Muğam Mərkəzi ilə yeni layihəyə başlayıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Diplomatik Akademiyası (ADA) tələbələri üçün yeni musiqi layihəsinə başlayıb. Beynəlxalq Muğam Mərkəzi ilə birgə keçirilən aylıq mühazirələrdə Azərbaycanın musiqi mədəniyyəti, onun beynəlxalq aləmdə təmsil edilməsi, mədəni diplomatiya üçün əhəmiyyəti və bəşəri irsə verdiyi töhfələrlə bağlı məsələlər işıqlandırılacaq.

ADA-nın Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, "ADA-da musiqi axşamları" adlanan bu layihənin ilk mühazirəsi Azərbaycanın dahi bəstəkarı, doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilən Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova ADA müəllim və tələbə heyəti qarşısında çıxış edərək bildirib ki, Şərq dünyasının ilk operası kimi tanınan "Leyli və Məcnun" operası düz 105 il bundan əvvəl o zamankı Tağıyev teatrında səhnələşdirilib. Köhnə təqvimlə bu tarixi gün 12 yanvar olsa da, yeni təqvimlə 25 yanvara təsadüf edir. Musiqişünas Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, onun maarifçi, ədib kimi fəaliyyətindən də danışıb, 20-ci əsrin əvvəllərində Üzeyir Hacıbəylinin yaradıcılığının mütərəqqi ziyalı nəsil üçün cəsarət və ilham mənbəyi olduğunu vurğulayıb. "ADA musiqi axşamı"nda Azərbaycan opera səhnəsinin ulduzları, xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Samir Cəfərov, əməkdar artist İnarə Babayeva və digərləri bəstəkarın ölməz operalarından parçaları ifa edib.

"ADA musiqi axşamı"nda Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Beynəlxalq Muğam Mərkəzinin direkotru, xalq artisti Murad Hüseynov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti