...

Britaniyalı mütəxəssislər teatr işçilərimiz üçün treninqlər keçirəcəklər

Mədəniyyət Materials 26 Yanvar 2013 15:16 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin "British Council" ilə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "Teatr əməkdaşlığı" layihəsinə start verilib.
Britaniyalı mütəxəssislər teatr işçilərimiz üçün treninqlər keçirəcəklər

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir C.Babayeva/

Mədəniyyət və Turizm Nazirliyinin "British Council" ilə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "Teatr əməkdaşlığı" layihəsinə start verilib.

Trend-in məlumatına görə, layihə Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Akademik Milli Dram Teatrı, YUĞ Dövlət Teatrı, Dövlət Pantomima Teatrı və Səməd Vurğun adına Dövlət Rus Dram Teatrını əhatə edir.

Layihə çərçivəsində teatrın gənc aktyorları və texniki heyəti (səs rejissorları, səhnə işıqçıları) üçün treninqlər keçiriləcək. Treninqləri Böyük Britaniyadan olan mütəxəssislər aparacaqlar.

Fevralın 4-6-da Dövlət Gənc Tamaşaçılar Teatrında səhnə işıqçıları üçün treninqlər təşkil ediləcək. Bu barədə Trend-ə teatrdan bildiriblər.

Treninqi işıq üzrə dizayner Maykl Mannion keçirəcək. Mannionun 20 illik iş təcrübəsi var. O, Avropa və Cənubi Afrikadan olan xoreoqraflar və rejissorlarla çalışıb. Dizayner Böyük Britaniya, Danimarka və Cənubi Afrikadakı tələbələr üçün təlim kursları təşkil edib.

Teatr rejissoru Yan Villem van den Boşun gənc aktyorlar üçün keçirəcəyi ikinci treninq fevralın 11-15-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti