...

8 martla əlaqədar İçərişəhərdə bayram aksiyası keçiriləcək

Mədəniyyət Materials 6 Mart 2013 15:11 (UTC +04:00)
Martın 8-də İçərişəhər ərazisində “8 mart-Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş “Hər xanım-bir gül” adlı bayram aksiyası keçiriləcək.
8 martla əlaqədar İçərişəhərdə bayram aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Martın 8-də İçərişəhər ərazisində "8 mart-Beynəlxalq Qadınlar Günü"nə həsr edilmiş "Hər xanım-bir gül" adlı bayram aksiyası keçiriləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, aksiya zamanı qoruq ərazisinin 3 əsas mərkəzi giriş qapısında (Qoşa Qala, Neftçilər prospekti və "İçərişəhər" metro stansiyası) İçərişəhər ərazisinə daxil olan xanımlar bir skripkaçı və 2 pantomim aktyoru tərəfindən musiqinin müşayiəti ilə qarşılanacaq və hər xanıma bir gül təqdim ediləcək.

Saat 11:00-dan etibarən başlayacaq tədbirin saat 14:00-dək davam etməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti