...

Avropa Azərbaycan Məktəbində rəsm sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Mart 2013 19:39 (UTC +04:00)
Bu gün Avropa Azərbaycan Məktəbində “Rəssam Günü”nə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgidə 1-8-ci sinif şagirdlərinin 344 rəsm işi nümayiş etdirilib.
Avropa Azərbaycan Məktəbində rəsm sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Bu gün Avropa Azərbaycan Məktəbində "Rəssam Günü"nə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgidə 1-8-ci sinif şagirdlərinin 344 rəsm işi nümayiş etdirilib. Tədbirdə məktəbin şagirdləri, pedaqoji heyət, valideynlər, Avropa Azərbaycan Cəmiyyətinin nümayəndələri, Azərbaycan Rəssamlar İttifaqının fəxri qonaqları və Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak ediblər.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, sərgidə rəsm işləri ilə yanaşı, məktəbin xalçaçılıq və keramika klublarında şagirdlərin hazırladıqları xalçalar və keramika işləri (150 iş) də nümayiş etdirilib.

Həmin gün sərgidən əvvəl Rəssamlar İttifaqının tanınmış rəssamları - xalq rəssamı Arif Hüseynov, xalq rəssamı, akademik Xanlar Əhmədov, əməkdar rəssam Namiq Dadaşov, xalq rəssamı Nazim Bəykişiyev, əməkdar rəssam Siruz Mirzəzadə, rəssam İnna Kostina, əməkdar rəssam Rafael Abasov, əməkdar rəssam Qəyyur Yunus və əməkdar rəssam İsmayıl Məmmədov ustad dərsləri keçiblər. Master-klassda 10 şagirdin hər biri bir rəssamla rəsm işi üzərində işləyib və həmin işlər də sərgidə nümayiş etdirilib.

Sərgidə xeyriyyə məqsədilə nümayiş etdirilən rəsm işlərinin satışı təşkil olunub. Satışdan əldə olunan vəsait kimsəsiz uşaqlara yardım üçün sərf olunacaq.

Sərgi bir neçə gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti