...

“YARAT” təşkilatı və “28 Cinema” Bakıda Miami Short Film Festivalı keçirir

Mədəniyyət Materials 12 Oktyabr 2013 11:52 (UTC +04:00)
Azərbaycanda Mayamidə keçirilən beynəlxalq film festivalının ən yaxşıları nümayiş etdiriləcək.
“YARAT” təşkilatı və “28 Cinema” Bakıda Miami Short Film Festivalı keçirir

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycanda Mayamidə keçirilən beynəlxalq film festivalının ən yaxşıları nümayiş etdiriləcək.

"YARAT" təşkilatından Trend-ə verilən görə, Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" və "YARAT" Müasir İncəsənət Təşkilatı növbəti dəfə film həvəskarlarını sevindirməkdə davam edir. Bu dəfə kinoteatr və qeyri-kommersiya təşkilatı kinosevərlərə hər il Mayamidə keçirilən Qısametrajlı Filmlərin Mayami Beynəlxalq Festivalının ən yaxşılarını izləmək imkanı yaradır. Festivalın nümayişi 2013-cü ilin oktyabr ayının 17-dən 23-dək ilk dəfə Azərbaycanda və yalnız "28 Cinema"da keçiriləcək. Festivalın bütün seanslarına biletin qiyməti xüsusi olaraq 5 AZN olacaqdır.

Kinoteatr öncəki festivalın ən yaxşı işlərini toplayıb və saatyarımlıq proqramda birləşdirib və bütün dünyadan peşəkar kinematoqrofçuların müxtəlif, keyfiyyətli, maraqlı işlərini görmək fürsəti yaradıb. Kukla və çəkilmiş animasiya, rəngli və ağ-qara filmlər, oyunlu, musiqili və sənədli kino. Dünyaya müxtəlif baxış: kiçik boy hündürlüyündən, reallığın əks tərəfindən, əbədilik gözləri ilə.

Bütün bunlar - Kinoalmanaxdır. Qısametrajlı Kinoların Mayami Beynəlxalq Festivalı hər il Mayamidə keçirilir və öz möhtəşəmliyi ilə tamaşaçıların böyük rəğbətini qazanıb. Festivalda dünyanın bir çox ölkələrinin filmləri nümayiş olunur.

Qeyd edək ki, 2011-ci ildə yaradılmış "YARAT" Azərbaycanda və ölkədən kənarda müasir incəsənətin irəliləyişi, təbliğatı və inkişafı ilə məşğul olan qeyri-kommersiya təşkilatıdır. "YARAT" təşkilatının əsas hədəf və məqsədi yeni başlayan və artıq formalaşmış rəssamlar üçün Azərbaycanda yaradıcı platforma yaratmaqdır.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti