...

Gəncədə Ferhat Göçərlə Aygün Kazımova birgə konsert verəcək

Mədəniyyət Materials 28 Dekabr 2013 14:45 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ilə Türkiyənin məşhur müğənnisi Ferhat Göçər yenidən Gəncəyə gəlir.
Gəncədə Ferhat Göçərlə Aygün Kazımova birgə konsert verəcək

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ilə Türkiyənin məşhur müğənnisi Ferhat Göçər yenidən Gəncəyə gəlir.

Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu, Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi ilə bağlı icra başçısı Elmar Vəliyevin gənclərə hədiyyəsidir.

Konsert sabah axşam saat 5-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev adına Meydanda təşkil olunacaq. Konsertdə 200 mindən çox insanın iştirak edəcəyi gözlənilir.

Eyni zamanda konsertdə türkiyəli müğənni ilə yanaşı, xalq artisti Aygün Kazımova da çıxış edəcək.

Qeyd edək ki, Ferhat Göçer may ayında Gəncədə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konsert verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti