...

Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb (FOTO)

Mədəniyyət Materials 25 İyun 2014 14:23 (UTC +04:00)
Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Şəki, Balakən bölgəsində qastrol səfərindədir.
Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Şəki, Balakən bölgəsində qastrol səfərindədir.

Teatrdan Trend-ə verilən məlumata görə, 23-25 iyun tarixlərində gerçəkləşən qastrolda teatr C.Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış "Anamın kitabı" dramını və "Danışan gəlincik" uşaq tamaşasını nümayiş etdirib. Hər iki tamaşa rayon rəhbərliyi və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

"Anamın kitabı" tamaşasının quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada rolları Xalq artisti Səidə Quliyeva (Zəhra bəyim), Əməkdar Artistlər Sevinc Əliyeva (Zivər xanım), Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Aslan Şirin (Səməd Vahid), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), , aktyorlar Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı (Gülbahar),, Elnar Qarayev (Qənbər), Rövşən (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor) və ifa edirlər.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur.

"Anamın kitabı" tamaşası yüksək ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi əhəmiyyət daşıyır.

A.Şaiqin əsəri əsasında hazırlanan "Danışan gəlincik" tamaşasının quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədova, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Şəhla Əliqızı (Mürəbiyyə), aktyorlar Rəşad Bəxtiyarov (Xidmətçi, Siçan), Ramin Şıxəliyev (Xidmətçi, Siçan), Nigar Güləhmədova (Xanım, Tülkü), Hikmət Rəhimov (Padşah, Çoban), Günel İmanova (Şahzadə, Tıq-tıq) və Aygün Baxışlı (Gəlincik) çıxış edirlər.
Kollektiv bu gün qastrol səfərini başa vurub, Bakıya qayıdacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti