...

"Azərbaycan paytaxtları" (FOTO)

Mədəniyyət Materials 21 Noyabr 2014 19:32 (UTC +04:00)
“Azərbaycan paytaxtları” mövzusunda elmi-praktik konfrans keçirilib.
"Azərbaycan paytaxtları" (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi tərəfindən "Azərbaycan paytaxtları" mövzusunda elmi-praktik konfrans keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, elmi-praktik konfransın keçirilməsində əsas məqsəd qədim şəhərsalma mədəniyyətinə malik Azərbaycanın paytaxt şəhərləri, onların dövlətçiliyimizin tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunun araşdırılmasına töhfə verməkdən ibarətdir.

Konfransda İdarənin əməkdaşları ilə yanaşı, bir sıra tarixçi alimlər də iştirak edib. Azərbaycanın orta əsrlərdə paytaxt şəhərləri və onların ölkəmizin tarixində rolu, erkən şəhər mədəniyyəti, qədim paytaxt şəhərlər və onların tarixi mənbələr əsasında araşdırılması, şəhərsalma mədəniyyəti, memarlıq komplekslərinin və ansambllarının inkişafı, İçərişəhərin paytaxt şəhər kimi rolu və s. mövzularda məruzələr səsləndirilib, mövzuya dair müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılara elmi-praktik konfransın ayrıca kitab şəklində nəşr edilmiş tezislər və məqalələr topluları təqdim olunub.

Konfrans Tahir Salahovun ev-muzeyində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti