...

Yeni yaradılan Dövlət Xidmətinə rəis təyin edilib

Mədəniyyət Materials 22 Dekabr 2014 12:33 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli 409 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.
Yeni yaradılan Dövlət Xidmətinə rəis təyin edilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli 409 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, bunula əlaqədar, Mədəniyyət və Turizm Nazirliyinin 19 dekabr 2014-cü il tarixli əmri ilə Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Sultanov Zakir İmran oğlu tutduğu vəzifədən azad edilərək həmin tarixdən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti