...

Cənubi Azərbaycan folkloru daha geniş şəkildə öyrəniləcək

Mədəniyyət Materials 22 Yanvar 2015 14:43 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb.
Cənubi Azərbaycan folkloru daha geniş şəkildə öyrəniləcək

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda "Cənubi Azərbaycan folkloru" şöbəsi yaradılıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli iclasında qəbul edilib. Şöbənin yaradılmasında əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti