...

Tarixi şöhrətini özündə saxlayan Gəncə ədəbi mühiti

Mədəniyyət Materials 24 Yanvar 2015 12:48 (UTC +04:00)
Gəncə adı çəkiləndə bir çox korifeylər, ədəbiyyatın əbədi zirvəsində oturanlar - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbul-ula Gəncəvi, Mirzə Şəfi Vazeh və s. göz önünə gəlir.
Tarixi şöhrətini özündə saxlayan Gəncə ədəbi mühiti

Xəzangül - AYB-nin Gəncə Bölməsinin sədri, Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvü

Gəncə adı çəkiləndə bir çox korifeylər, ədəbiyyatın əbədi zirvəsində oturanlar - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbul-ula Gəncəvi, Mirzə Şəfi Vazeh və s. göz önünə gəlir. İstər-istəməz onların yazdığı əsərlərin əsirinə çevrilirsən. Düşünürəm ki, onlar bütün zamanlarda var olublar. Çünki, onlar öz zamanından əbədiyyətə çıxa biliblər. Ö zamanından əbədiyyətə çıxmaq çox az sənətkarlara qismət olur. Bilirik ki, hansı zaman olur olsun, yazarlar kifayət qədər çox olublar. Əbədiyyət qazananlar həmin dövrün bir və ya iki nəfərinə qismət olub. Bu qismət, bu əbədi tale Göylərin mükafatı kimi, yada ulu Tanrının onların əsərlərinə həmin dövrün tarixi təlqini kimi qəbul etmək olar.

Yazarlar, daha doğrusu, şair və yazıçılar hansı zamanda yaşayırlarsa, o zamanın tarixini yaradırlar. Məsələn, N.Gəncəvinin bütün əsərləri, "Xəmsə"si o dövrün tarixinin inikasıdır. Biz o, qızıl Arslanı, Axistanı, Bəhram Şahi, Sultan Səncəri və s. hər gün təmasda olduğumuz insanlar kimi yaxından tanıyırıq. Ulu Gəncənin ədəbi mühiti, ədəbiyyatının tarixi şöhrəti bütün zamanlarda ölkə daxilində, ölkə hüdudlarından kənarda heyrət qarışıq hörmətlə məşhurluq qazanmışdı. Mir Cəlal, Səməd Vurğun, Həmid Araslı, Əbülhəsən, Əhməd Cəmil, Mikayıl Rzaquluzadə, Ələkbər Ziyatay, Zeynal Xəlil, Nəriman Həsənzadə və başqalarının gənclik illəri Gəncə ilə bağlı olmuşdur. Burada şöhrətin ilk pillələrinə qədəm qoymuşlar.

Çağdaş Gəncə ədəbi mühiti də öz istedadlı şair və yazıçıları ilə AYB-nin öndə gedən bölmələrindən biridir. Söhrət, fərqli olmaq, qeyri-adilik Gəncə torpağının yetirmələrinə, həmişə gənc olan Gəncənin alnına yazılan yazıdır elə bil.

Mən AYB-nin Gəncə bölməsinin sədrliyi vəzifəsini daşıyandan bəri Gəncə yazarlarının yaradıcılığının necə də mükəmməl, tanınmış dünya sənətkarlarını bəlkə də geridə qoyan əsərlərinin misilsiz məziyyətinə daxili bir qürur hissi ilə heyran qalmışam. Onlar Gəncənin bu dövrünün canlı tarixidirlər. Gəncənin korifey sənətkarlarının qoyduğu ədəbi miraslarının daha da zənginləşməsində öz əməklərini əsirgəməmişlər. AYB-nin Gəncə bölməsinin təşkil etdiyi bütün tədbirlərdə fəallıq göstə­rmişlər. Tədbirlər Mərkəzi Kitabxanada, Gəncə Dövlət Universitetində keçi­ril­mişdir. Məsələn, Gəncə yazarlarının təklif və tövsiyyələrinin dinlənilməsi, "Divani-hikmət" məclisi, Firdovsi həkimin poetik dünyasına səyahətlə birlikdə 60 illik yubileyinin qeyd edilməsi, böyük yazıçı, "Yüksəliş" qəzetinin redaktoru, Türkiyənin "Altun medal"ına layiq görülmüş Qərib Mehdiyə 39-cu və 40-cı kitablarının təqdimatı ilə birlikdə Gəncə Dövlət Universitetininin fəxri doktoru titulunun verilməsi tədbiri, şair Elşən Əzimin "İllərin o tayı" kitabının təqdimatı, "Ədəbiyyat" qəzetinin redaktor müavini şair Adil Cəmilin 60 illik yubileyinin qeyd edilməsi, "20 Yanvar Gəncə yazarlarının yaradıcılığında" mövzusunda, 20 Yanvar faciəsinə həsr olunmuş yığıncaq və s. tədbirlərdə çağdaş Gəncə yazarlarının ədəbi təfəkkürlərinin, təhtəlşüurlarının bədii inikasının daha dərinlərə enməsinin, insan psixologiyasının fəlsəfi çalarlarını izah etmək bacarığının inandırıcı şəkildə oxuculara çatdırmasını istedadın pik nöqtəsi kimi qəbul etmək olar. Mən bunları müşahidə etdikcə qəlbimdə qürur hissindən doğan böyük sevinclə düşünürəm ki, Gəncə ədəbi mühiti öz əzəli və əbədi tarixi şöhrətini daha ucalarda saxlamağa qadir olan və bunun üçün çətin, zəhmət tələb edən missiyalarını ürəklə yerinə yetirən Gəncə yazarları ilə öyünə bilər. Onların belə ruh yüksəkliyi ilə yazıb-yaratmalarına stimul verən səbəbləri söyləməsək, günah etmiş olarıq.

Ulu Gəncəmizin günü-gündən gözəlləşən, abadlaşan görkəmi, geniş küçə və prospektləri, qeyri-adi fantaziya ilə inşa edilmiş binaları, müzeyləri hansı vətən övladını sevindirməyə bilməz? İnsan bu möhtəşəmliyə baxdıqca, Gəncənin indiki tarixini "qızıl tarix" kimi qəbul edir. Bu "qızıl tarix"in iştirakçısı olduğun üçün, bu "qızıl tarix"də yaşadığın üçün fəxr edirsən, qürurlanırsan.

Böyük Nizami Gəncəvinin 870 illik yubileyinin məşhur dünya korifeylərinin iştirakı ilə, elə dünyanın özünü heyrətdə qoyan, yüksək intellektual səviyyədə təşkili, dünyanın ilk qadın şairi kimi tanınan Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinin hətta ölkədən kənarda, ölkəmizdə layiqli tədbirlərlə qeyd edilməsi, Gəncə müdriki Mirzə Şəfi Vazehin 220 illik yubileyinin əsrarəngiz toplantıları, insanın iç dünyasında ilahi duyğular yaradan yığıncaqlar, Ulu Gəncənin 4 (dörd) min illik yaşının sübutu üçün həm dünya, həm də ölkə alimi və tədqiqatçıları ilə aparılan dialoq Gəncə şəhər icra başçısının çəkdiyi zəhmət, sərf etdiyi enerjidir.

İstər-istəməz ulu Gəncənin 4(dörd) min illik yaşının sübutunun məndə yaratdığı sevincli duyğilarının şeir formasında təzahürrünü göstərmək istəyirəm.

GƏNCƏNİN 4 MİN İLLİK YAŞINA

Tale üzünə güldü, a Gəncəm!

Dünya yaşını bildi, a Gəncəm!

Uydurulmuş tarixini,

sildi, üstündən sildi, a Gəncəm!

Gəldi həqiqətin, gerçəyin gəldi,

öldü bədxahların öldü.

İndi budu,

bütün dünya bayram edir,

4 min illik yaşını,

4 min illik yaddaşını,

Tarixlərə həkk eyləyir,

səni dünya dünya zirvəsində,

tək eyləyir, pik eyləyir.

4 min ildir yol gəlirsən,

bu yolları yora-yora.

Sən dönmüsən,

Kəpəz adlı bir vüqara.

Göy üzündən əta olan,

göy adlanan gölün olub.

Dağın olub, düzün olub, çölün olub,

zamanlarla əl eyləyən əlin olub.

İl içində ilin olub,

qeyrət adlı elin olub.

Başın üstə tüğyan edən,

qasırğalar ötürmüsən,

sən dünyaya,

Nizamini, Məhsətini,

Şəfimizi gətirmisən.

Korifeylər məkanısan,

Zaman oldu bir maşının sükanısan.

Ərənlərin ər olublar,

bu dünyaya car olublar.

Qoruyublar torpağını, daşını,

Tarix boyu, uca tutdun başını.

Candan keçdi Cavad xanın,

göy üzünə bülənd oldu adın, sanın.

Tacın olub, a Gəncəm!

Tarixin olub, a Gəncəm!

Oğul tarixin olub, a Gəncəm!

Oğullardan yarıyıbsan.

Onların əliylə,

4 min illik yaşını qoruyubsan.

İndi yenə, oğul əliylə,

Abad olursan, a Gəncəm!

Gülşad olursan, a Gəncəm!

Abadlaşan torpağın, daşın mübarək,

4 min illik yaşın mübarək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti