...

"Dədə Qorqud" dastanı əsasında filmin çəkilməsi ilə bağlı işlər nə yerdədir?

Mədəniyyət Materials 30 Yanvar 2015 12:51 (UTC +04:00)
Hazırda "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı işlər davam edir.
"Dədə Qorqud" dastanı əsasında filmin çəkilməsi ilə bağlı işlər nə yerdədir?

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/

Hazırda "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı işlər davam edir. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bu gün jurnalistlərə açıqlamasında bildirib.

Prezident İlham Əliyevin sərəncamı ilə "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verən Dövlət müşaviri qeyd edib ki, bu işlərlə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur: "Filmin ssenarisinin hazırlanması yazıçı Anara tapşırılıb. Hazırda filmlə bağlı işlər gedir və bu il ərzində onunla bağlı müəyyən konkret nəticələr ortaya qoyula bilər. Film də, "Dədə Qordud" dastanı ilə bağlı digər ideyalar da mütləq yerinə yetiriləcək".

Xatırladaq ki, Prezident İlham əliyev 2013-cü il dekabrın 28-də "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, "Dədə Qorqud" dastanının azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filmi çəkilsin.

"Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1 (bir) milyon manat ayrılıb.

Qeyd edək ki, bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un "Təpəgöz" boyunun alman şərqşünası, türkoloq, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200" Beynəlxalq Kollokviumu öz işinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti