...

Məşhur reper milyonluq şirkət aldı

Mədəniyyət Materials 30 Yanvar 2015 17:49 (UTC +04:00)
Hip-hop ulduzu Jay Z "Aspiro" musiqi striminq şirkətini 56 milyon dollara alıb.
Məşhur reper milyonluq şirkət aldı

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Məftun Salmanov/

Hip-hop ulduzu Jay Z "Aspiro" musiqi striminq şirkətini 56 milyon dollara alıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla da onun klub və geyim mağazalarından ibarət biznes imperiyasına daha bir şirkət daxil olub.

Reper nağd pul ödəyərək şirkətin nəzarət səhm paketinin 59 faizini əldə edib.

Qeyd edək ki, "Aspiro" İsveçdə populyar striminq servisidir. Əsl adı Şon Kori Karter olan amerikalı reper müğənni Beyonsun əridir. "Forbes" jurnalı 2014-cü ildə onun sərvətini 520 milyon dollar qiymətləndirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti