...

Pakistanda Azərbaycan səfirliyinin dəstəyi ilə sərgi keçirilib (FOTO)

Mədəniyyət Materials 5 Mart 2015 10:58 (UTC +04:00)
Pakistanın Milli İncəsənət Mərkəzində Azərbaycan səfirliyinin dəstəyi ilə Pakistanın tanınmış rəssam-xəttatı Azim İqbalın “Sülh və Harmoniyanın Rəngləri” adlı fərdi sərgisi keçirilmişdir.
Pakistanda Azərbaycan səfirliyinin dəstəyi ilə sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Pakistanın Milli İncəsənət Mərkəzində Azərbaycan səfirliyinin dəstəyi ilə Pakistanın tanınmış rəssam-xəttatı Azim İqbalın "Sülh və Harmoniyanın Rəngləri" adlı fərdi sərgisi keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam, Pakistan Prezidentinin mətbuat katibi Samina Vakar, Pakistanda akkreditə olunmuş səfirlər, diplomatlar, tanınmış ictimai siyasi xadimlər, media mənsubları iştirak etmişdirlər.

Təntənəli mərasimdə çıxış edən Azərbaycanın səfiri Daşqın Şikarov Azərbaycan və Pakistan arasında dostluq münasibətləri, mədəni bənzərliklər barəsində danışmışdır. Diplomat, bu tədbirin xalqlarımız arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir. Azim İqbalın haqqında danışan Səfir, öz yaradıcılığında rəssamın incəsənət vasitəsi ilə Sufiliyə mənəvi səyahət edərək sülh və harmoniyanı təbliğ etdiyini vurğulamışdır. Demişdir ki, Azim İqbalın kolleksiyası Sufi mədəniyyətinin simvolik nümayişdir. Öz xəttatlığında rəssam müxtəlif klassik və innovativ texnologiyalara əl atmış, dünyaya sevgi və humanizm ideyalarını çatdırmışdır. Daşqın Şikarov, Azim İqballın Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağının dekorasiyaların yaradılmasında əvəzsiz rolunu qeyd etmişdir. Səfir, Sülh və Diplomatik Tədqiqatlar İnstitunun direktoru, Azərbaycan-Pakistan Gənclər Forumunun Prezidenti Məhəmməd Asif Nura sərginin hazırlanması istiqamətində gördüyü işlərə görə minnədarlığını bildirmişdir.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam mərasim iştirakçılarını salamlamış, sərginin keçirlməsinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirmişdir. Vurğulamışdır ki, Pakistan mədəniyyətini təbliğ etməklə Azərbaycan, Pakistanla dostluq münasibətlərinə hörmətini nümayiş etdirmişdir. Nazir, bu kimi tədbirlərin iki xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirdiyinə xidmət edir. Daha sonra Pakistan rəsmisi, başçılıq etdiyi nazirliyin fəaliyyəti, hökumətin milli mədəni irsin qorunub saxlanılması istiqamətində fəaliyyəti barəsində məlumatlar vermişdir.

Mərasim iştirakçılarına müraciətində Azim İqbal Azərbaycan Səfirliyinə onun fərdi sərgisinin keçirilməsində yardım etdiyinə görə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın zəngin mədəni irsi, qədim tarixinə malik olduğunu qeyd etmiş, Azərbaycanın incəsənət ustaları haqqında danışmışdır. Vurğulamışdır ki, O, bundan sonra da, öz yaradıcılığında humanizm, sülh prinsiplərinə sadiq qalacaq, iki qardaş xalqlarımız arasında əlaqələrin inkişafı naminə əlindən gələni edəcəkdir.

Rəmzi lent kəsildikdən sonra qonaqlar Azim İqbalın sərgisi ilə tanış olmuşdurlar. Sərginin açılış mərasiminin sonunda qonaqlar üçün ziyafət verilmişdir.

Sərgi zamanı Azərbaycanın səfir D. Şikarov Pakistanın PTV, DAWN, Express, GEO və Capital TV kanallarına müsahibə vermişdir.

Qeyd etmək lazımdır ki, sərgi 5 Mart tarixində də davam edəcəkdir.
İslamabad şəhərində keçirilmiş tədbir Pakistan mediası tərəfindən işıqlandırılmışdır. Belə ki, Express, DAWN, GEO, ARY, PTV, Capital, 92HTC,Rohi, VAKT, SUCH televiziya kanalları, Pakistan dövlət radiosu tədbir haqqında reportajlar vermiş, Pakistan Observer, The News, Daily samaa, AL-Akhbar, Daily dunya, Navai Vakt, Azkaar, Express, Daily Khabre və digər qəzetlərdə məlumat nəşr edilmişdir. Nəşr olunmuş materiallarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.
http://epaper.pakobserver.net/201503/05/islamabad-1.php
http://e.thenews.com.pk/pindi/3-5-2015/page13.asp
http://www.thenews.com.pk/Todays-News-6-305067-Colours-of-Peace-&-Harmony
http://www.radio.gov.pk/newsdetail/74687/1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti