...

Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Materials 5 Mart 2015 13:23 (UTC +04:00)
2015-ci il aprel ayının 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.
Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunacaq

Azərbaycan, Bakı, 5 mart /Trend/

2015-ci il aprel ayının 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Bu barədə Trend nazirliyin saytına istinadən xəbər verir.

Vaqif Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirmişdir. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti