...

Tanınmış bəstəkar Ramiz Mirişli vəfat edib

Mədəniyyət Materials 18 Aprel 2015 00:30 (UTC +04:00)
Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli 81 yaşında dünyasını dəyişib.
Tanınmış bəstəkar Ramiz Mirişli vəfat edib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli 81 yaşında dünyasını dəyişib.

Trend-in məlumatına görə, bəstəkarla vida mərasimi aprelin 18-i saat 14:00-da Bakı Musiqi Akademiyasında olacaq.

Azərbaycanın əməkdar incəsənət xadimi (1982), Naxçıvan MR-in əməkdar incəsənət xadimi (1974), Azərbaycanın xalq artisti (1990), professor (1993) Ramiz Aqil oğlu Mirişli 16 aprel 1934-cü ildə anadan olub. 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifidir. 30-a yaxın filmə musiqi bəstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti