...

"Nabat" Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq

Mədəniyyət Materials 18 Aprel 2015 16:11 (UTC +04:00)
“Nabat” bədii filmi aprelin 24-dən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq.
"Nabat" Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə çəkilmiş rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi aprelin 24-dən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 300-dən artıq filmin göndərildiyi festivalın "East Panorama" müsabiqə proqramında yer alan "Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və E.Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

İtaliya, ABŞ, Almaniya, Çin, Hindistan kimi ölkələrdə keçirilən bir çox beynəlxalq film festivallarında iştirak edib mükafatlar qazanmış ekran əsərində Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqa aktyorlar çəkiliblər.

Qeyd edək ki, festivala azərbaycanlı kino xadimlərindən ibarət nümayəndə heyəti dəvət olunub.

Xəbər lenti

Xəbər lenti