...

"Azərbaycandan olan gənc rəssamlar Praqanı salamlayır" (FOTO)

Mədəniyyət Materials 5 May 2015 22:00 (UTC +04:00)
Bu gün Azərbaycanın Çexiyadakı səfirliyi, Çarlz Universitetinin nəzdindəki Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycandan olan gənc rəssamlar Praqanı salamlayır” adlı fotosərginin açılış mərasimi keçirilib.
"Azərbaycandan olan gənc rəssamlar Praqanı salamlayır" (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Bu gün Azərbaycanın Çexiyadakı səfirliyi, Çarlz Universitetinin nəzdindəki Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi - "Dirçəliş" təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycandan olan gənc rəssamlar Praqanı salamlayır" adlı fotosərginin açılış mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tədbir iştirakçıları qarşısında çıxış edərək, qeyd olunan sərginin ölkəmizin mədəniyyəti və incəsənətinin Çexiyada tərənnüm edilməsinə xidmət etdiyini bildirib və Azərbaycanın rəssamlıq və incəsənət sahəsi haqqında məlumat verib. Çıxışdan sonra səfir fərqlənən gənc Azərbaycan rəssamlarını müvafiq sertifikatlarla təltif edib.

Daha sonra çıxış edən Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi - "Dirçəliş" təşkilatının direktoru İslam Baxşəliyev və Çarlz Universitetinin Fəlsəfə fakültəsinin dekanı xanım Miryam Friedova öz təəssüratlarını sərgiyə gələn qonaqlarla bölüşüb.

Tədbirə qatılmış qonaqlar üçün Azərbaycanın milli mətbəxinin təamları təqdim edilib, habelə ölkəmizin mədəniyyəti və incəsənətini təbliğ edən jurnal, kitab və broşürlər paylanılıb.

Açılış mərasimində Çexiyada akreditə olmuş diplomatik korpusun üzvləri, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Praqanın Çarlz Universitetinə məxsus tarxi binada təşkil olunan sözügedən sərgi cari ilin 7 may tarixinə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti