...

Bəhreynin mədəniyyət naziri Azərbaycan Xalça Muzeyində (FOTO)

Mədəniyyət Materials 20 May 2015 21:36 (UTC +04:00)
Bu gün Bəhreynin mədəniyyət naziri xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifə Azərbaycan Xalça Muzeyini ziyarət edib.
Bəhreynin mədəniyyət naziri Azərbaycan Xalça Muzeyində (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

Bu gün Bəhreynin mədəniyyət naziri xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifə Azərbaycan Xalça Muzeyini ziyarət edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi ilə yaxından tanış olan qonaq həsirlərin, xovsuz xalça növləri olan Şəddə və Zili xalçalarının öz vətənində də məşhur olduğunu qeyd edib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.

Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə sonda qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş "Azərbaycan xalçası" kitabları və Muzeyin sertifikatı hədiyyə edilib. Ərəb dilində olan kitab xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifədə böyük maraq və sevinc hissi oyadıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti