...

Ceki Çan mahnı yazdı

Mədəniyyət Materials 28 May 2015 06:10 (UTC +04:00)
Məşhur aktyor Ceki Çan mahnı yazıb.
Ceki Çan mahnı yazdı

Azərbaycan, Bakı, 27 may /Trend/

Məşhur aktyor Ceki Çan mahnı yazıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, aktyor Pekinin 2022-ci il Qış Olimpiya Oyunlarını keçirməklə bağlı sifariş ərizəsini dəstəkləmək üçün bu addımı atıb.

Mahnı "Wake up winter" adlanır. C.Çan bildirib: "Bu işdə iştirak etmək və Pekinin sifariş ərizəsinə töhfə vermək mənim üçün böyük fəxrdir".

Qeyd edək ki, həmin Oyunlara Pekindən başqa Qazaxıstanın Alma-Ata da ev sahibliyi etmək niyyətindədir. Bununla bağlı yekun qərar iyulun 31-də qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti