...

Azərbaycanlı rəssam Vüsal Rəhim 5-ci Beynəlxalq Platonov İncəsənət Festivalında iştirak edib (FOTO)

Mədəniyyət Materials 30 İyun 2015 13:16 (UTC +04:00)
Azərbaycanın istedadlı rəssamı Vüsal Rəhim XX əsrin görkəmli rus yazıçılarından biri olan Andrey Platonovun şərəfinə adlandırılmış Beynəlxalq Platonov İncəsənət Festivalının iştirakçısı olub.
Azərbaycanlı rəssam Vüsal Rəhim 5-ci Beynəlxalq Platonov İncəsənət Festivalında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycanın istedadlı rəssamı Vüsal Rəhim XX əsrin görkəmli rus yazıçılarından biri olan Andrey Platonovun şərəfinə adlandırılmış Beynəlxalq Platonov İncəsənət Festivalının iştirakçısı olub.

YARAT-dan Trend-ə verilən məlumata görə, sayca beşinci olan festival 2015-ci ilin iyunun 3-dən 14-dək Rusiya Federasiyasının Voronej şəhərində keçiriləcək. Son beş il ərzində festival bölgənin başlıca mədəniyyət layihəsinə çevrilib. Festival tamaşaçılara incəsənət aləminin müxtəlif istiqamətlərində mühüm yaradıcılıq nailiyyətlərinin iştirakçısı olmaq imkanı verir və festivalın məqsədi Voroneji Rusiya mədəniyyətinin liderlərindən biri qismində təsdiq etməkdən ibarətdir.

Platonov festivalı hər il "Musiqi", "Teatr", "Təsviri incəsənət" və "Ədəbiyyat" istiqamətlərində keçirilir. Dörd il ərzində festivalda müasir dövrümüzün görkəmli musiqiçiləri, artistləri, rəssamları və ədəbiyyatçıları iştirak ediblər. "Dünya musiqisi" bölməsi Voronej sakinlərinə Alim Qasımov kimi Azərbaycan musiqiçisini tanıtdırıb.

Platonov festivalının vizual proqramı MDB ölkələrindən olan rəssamların yaratdıqları əsərlər şəklində sərgi salonlarından küçələrə, minlərlə insanların görüşünə çıxır.

Qədim ayinlər, ənənələr mövzusuna və öz xalqının tarixinə müraciət edən rəssamlar tamaşaçıların diqqətini müxtəlif sivilizasiyaların kəsişmə nöqtələrinə və mədəni abidələrə qayğıkeş münasibətin zəruriliyinə yönəldiblər.

V.Rəhim öz yaradıcılığında qədim bütlər və şamançılıq mövzusu ilə daim eksperiment aparır. Onun Platonov Festivalı çərçivəsində həyata keçirmək üçün təklif etdiyi konsepsiya açıq havada "Kainat" adlı sənətkarlıq nümunəsindən, habelə "Od Qadını" incəsənət predmetindən ibarət olub.

Sözügedən sənətkarlıq nümunəsinin təqdim olunmasının əsas qayəsi diametri mərkəzə doğru kiçilən çevrələrin tam mərkəzində mövqe tutmuş rəssamın qırmızı və sarı gildən yaratdığı qadın, kişi və heyvan kimi heykəltəraşlıq nümunələrinin nümayiş etdirilməsindən ibarətdir.

Müəllifin qeyd etdiyi kimi: "Bu heykəltəraşlıq nümunələri üçün başlıca prototip rolunu təkcə Azərbaycanın müxtəlif bölgələrində deyil, eyni zamanda dünyanın bütün bölgələrində müxtəlif vaxtlarda tapılmış qədim bütlər oynayır. Dairələr üçün seçilmiş oxra rəngi onun semantikası ilə əlaqədardır - belə ki, oxra hər şeyin başlanğıcı olan yeri və torpağı təcəssüm etdirir. Rəssam isə yüksək başlanğıc kimi, təmizlik və yaradılış qüvvəsi kimi bəyaz geyimdə olmalıdır".

Vüsal əcdadların irsini yenidən işləyərək, dini qadın fiqurlarını öz incəsənət nümunələrində təcəssüm etdirir. O, bu fiqurları ənənəvi xalçaçılıq sənətinin naxışları və kompozisiyaları ilə bəzəyir. Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin bir şaxəsini təşkil edir. Qadın, onun obrazı ətrafındakı sitayiş mövzusu da Azərbaycanda qədim tarixə malikdir və məhsuldarlıqla assosiasiya olunur. Azərbaycan xalqının mədəniyyətinin mahiyyətcə müxtəlif olan bu cəhətlərinin vəhdəti olaraq, "Od Qadınında" rəssam bu cəhətlərin müasir incəsənət kontekstində maksimal şəkildə qabardılmasına nail olub.

Rəssam haqqında

Vüsal Rəhim 1987-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. O, rəssamlıq təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycanın xalq rəssamı Kamil Nəcəfzadənin emalatxanasında alıb.

Vüsal Azərbaycanda və xaricdə çoxsaylı sərgilərin və layihələrin iştirakçısıdır. 2013-cü ildə onun YAY Qalereyasında - "Qara Qadın" adlı fərdi sərgisi, 2015-ci ildə isə ABŞ-da "Duet" Qalereyasında amerikalı rəssam xanım həmkarı ilə birgə sərgisi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti