...

Azərbaycan-Əfqanıstan mədəni əlaqələri genişlənir (FOTO)

Mədəniyyət Materials 3 İyul 2015 20:40 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Taqi Xəlili ilə görüşdü.
Azərbaycan-Əfqanıstan mədəni əlaqələri genişlənir (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Taqi Xəlili ilə görüşdü.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarından söhbət açıldı. Nazir qarşılıqlı səfərlərin bu əlaqələri daha da intensivləşdirəcəyini bildirdi. Ötən il martında Əfqanıstanın paytaxtı Kabildə keçirilən Novruz sammitində Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirak etdiyini xatırladan Ə.Qarayev iki ölkə xalqlarını birləşdirən tarixi bağların, dini, mənəvi dəyərlərin olduğunu vurğuladı.

Bildirildi ki, Azərbaycanla Əfqanıstanın oxşar cəhətlərindən biri də çoxmillətli və çoxmədəniyyətli ölkələr olmasıdır: "Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələrinə Əfqanıstandan da ifaçıları dəvət edirik. Bundan başqa, ölkənizin turizm şirkətləri Bakıda keçirilən turizm sərgilərinə qatılırlar. Bu baxımdan biz əlaqələrimizin daha da inkişaf etdirilməsinin tərəfdarıyıq".

Səfir də öz növbəsində, xalqlarımız arasında dini, tarixi, mədəni yaxınlıqdan bəhs etdi və bildirdi ki, Əfqanıstan səfirliyinin fəaliyyəti həm də bu əlaqələrin inkişaf etdirilməsinə yönəlib.

Sonra görüşdə mədəni və turizm əlaqələri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti