...

Fəxrəddin Manafov teatra qayıdır

Mədəniyyət Materials 31 İyul 2015 15:28 (UTC +04:00)
Tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov yeni mövsümdən Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.
Fəxrəddin Manafov teatra qayıdır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov yeni mövsümdən Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, F.Manafov xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq.

Həmçinin, yeni mövsümdə xalq artistləri Fuad Poladov və F.Manafov eyni tamaşada çıxış edəcəklər.

Xatırladaq ki, xalq artisti F.Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti