...

“ABBA” qrupunun royalı auksiona çıxarılıb

Mədəniyyət Materials 28 Avqust 2015 23:00 (UTC +04:00)
Məşhur İsveç qrupu “ABBA”-nın bir çox hitlərinin ifa edildiyi royal sentyabrın 29-u Londonda auksiona çıxarılacaq.
“ABBA” qrupunun royalı auksiona çıxarılıb

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Məşhur İsveç qrupu "ABBA"-nın bir çox hitlərinin ifa edildiyi royal sentyabrın 29-u Londonda auksiona çıxarılacaq. Trend bu barədə "Associated Press"-ə istinadən məlumat verir.

Bu royalda qrupun "Waterloo", "Dancing Queen" və "Money, Money, Money" kimi məşhur mahnıları ifa olunub. Alətin 928 min - 1,2 milyon dollara satılacağı gözlənilir.

"Sotheby" auksion evinin ekspertlərinin qiymətləndirməsinə görə, royala görə daha böyük məbləğ almaq olar. Çünki "ABBA" ilə əlaqəsi olan əşyalar nadir halda auksiona çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti