...

Azərbaycan və Misir ədəbi əlaqələri müzakirə olunub

Mədəniyyət Materials 28 Avqust 2015 21:07 (UTC +04:00)
Bakıda Azərbaycan və Misir ədəbi əlaqələri müzakirə olunub.
Azərbaycan və Misir ədəbi əlaqələri müzakirə olunub

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Bakıda Azərbaycan və Misir ədəbi əlaqələri müzakirə olunub.

Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami əl-Aydi Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli ilə görüşüb. Trend bu barədə Mədəniyyət və Turzim Nazirliyinə istinadən xəbər verir.

Misir Mədəniyyət Mərkəzində keçirilən görüşdə qurumun yaranma tarixi və fəaliyyətindən söz açılıb. Söhbət zamanı iki ölkə yazıçılarının hekayələrinin birgə antologiyasının hazırlanması, yazıçı və şairlərin qarşılıqlı səfərlərinin təşkili, Azərbaycan və Misir uşaq kitabxanaları ilə birlikdə "Dost kitabxana" çərçivəsində tədbirlərin keçirilməsinə dair təkliflər səslənib. Azərbaycan və Misir şairlərinin yaradıcılıq gecələrinin keçirilməsi təklifi də irəli sürülüb.

V.Bəhmənli Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi bir neçə kitabı Misir Mədəniyyət Mərkəzinin müdirinə hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti