...

Hüseyn Cavidin ev-muzeyi beynəlxalq sərgi-yarmarkada iştirak edəcək

Mədəniyyət Materials 29 Avqust 2015 14:29 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək Bakıda keçiriləcək IV beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyi də fəal iştirak edəcək.
Hüseyn Cavidin ev-muzeyi beynəlxalq sərgi-yarmarkada iştirak edəcək

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək Bakıda keçiriləcək IV beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyi də fəal iştirak edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgi-yarmarkada bu müəssisədə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən "Hüseyn Cavid: həyat və sənət yolu", "Hüseyn Cavid. Əsərləri. 5 cilddə", "Cavid hikməti. Seçmə aforizmlər", "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid", "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 10 cilddə", "Cavidşünaslıq: elmi araşdırmalar toplusu. 10 cilddə" və digər kitablar nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti