...

Türkmənistanda TÜRKSOY ölkələrinin Teatr Direktorları Şurasının toplantısı keçirilib

Mədəniyyət Materials 12 Oktyabr 2015 14:20 (UTC +04:00)
Türkmənistanda TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçirilib.
Türkmənistanda TÜRKSOY ölkələrinin Teatr Direktorları Şurasının toplantısı keçirilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Türkmənistanda TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçirilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək toplantının əhəmiyyətindən, türkdilli ölkələrin teatrları arasında olan əlaqələrin vacibliyindən, gələcək əməkdaşlıq münasibətlərindən danışıb.

Beynəlxalq toplantıda Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov türkdilli ölkələrdə teatrın yeri və fəaliyyət perspektivləri haqqında məruzə ilə çıxış edib: "Məruzədə irəli sürülən məsələlərin aktuallığı ilə bağlı Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Türkiyə və digər ölkələrin teatr rəhbərləri həmrəy olduqlarını bildirdilər və qarşılıqlı əlaqələrin vacibliyini təsdiqlədilər. Tədbirdə türkdilli dövlətlərin teatr rəhbərlərinin yekun sənədi qəbul edildi. Qəbul olunmuş sənəddə türkdilli ölkələrin teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin zəruriliyi və qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri əksini tapıb".

Teatr Direktorları Şurasının toplantısında Akademik Milli Dram Teatrının direktoru İ.İsrafilova xüsusi sertifikat təqdim olunub.

Qeyd edək ki, beynəlxalq tədbir müddətində bir neçə türkdilli ölkələrin teatr kollektivlərinin tamaşaları da təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti